Məşqçilər Suraxanı Mədəniyyət Mərkəzinin "Qarabağ"a verilməsinə etiraz ediblər

Məşqçilər Suraxanı Mədəniyyət Mərkəzinin "Qarabağ"a verilməsinə etiraz ediblər "Sarayın idman zalını söküblər, stadionunu da "Qarabağ"a veriblər"
Futbol
22 Yanvar , 2015 11:15
Məşqçilər Suraxanı Mədəniyyət Mərkəzinin Qarabağa verilməsinə etiraz ediblər

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Suraxanı qəsəbəsindəki Mədəniyyət Sarayında çalışan məşqçilər ərazinin Azərbaycanın "Qarabağ" futbol klubuna verilməsinə qarşı çıxıblar. Bu barədə "Report"a məşqçilər adından çıxış edən Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədov açıqlama verib. 

Onun sözlərinə görə, Mədəniyyət Sarayında boks, güləş və cüdo növləri üzrə də məşqlər keçirilir: "Qışda soyuq olur, yayda da isti. Çünki dəhlizdə məşq edirik. Sarayın idman zalını söküblər, stadionunu da "Qarabağ"a veriblər. İstəyirlər yerdə qalanları da çıxardıb, oranı akademiya etsinlər. "Qarabağ" prezidentin qəbulunda olanda deyiblər ki, icazə verin orada özümüz üçün akademiya tikək. Biz də bütün, digər növlərin idmançıları da yazdıq ki, "əşi bəsdirin, buranı bağlayaq, hamısını verək futbola?". Biz buna etiraz etdik, amma mənə elə gəlir ki, icazə verməzlər. Stadion verilib onlara, üstəlik qıraqda 10 sot yer var, onu da verək? Deməli, başqa idman növləri orada olmamalıdır. Nə güləş, nə də bir başqası. Neçə idman növü var. Qılıncoynatmadan başqa boks var, güləş var, cüdo var. Bunları bağlamaq olmaz ki. Mən də daxil olmaqla hamımız qol çəkib göndərmişik". 

Son xəbərlər

Orphus sistemi