Məşqçilər Komitəsinin üzvləri Gəncəyə səfər edib

Məşqçilər Komitəsinin üzvləri Gəncəyə səfər edib Qonaqlar yerli futbol infrastrukturu ilə tanış olublar
Futbol
27 Fevral , 2016 16:33
Məşqçilər Komitəsinin üzvləri Gəncəyə səfər edib

Bakı. 27 fevral. REPORT.AZ/ AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncə şəhərinə səfər edib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə üzvləri bu gün “Kəpəz” klubunun rəsmiləri ilə görüşüblər.

Görüşdə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov, AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov, klubun icraçı direktoru Mehman Allahverdiyev və komandanın baş məşqçisi Şahin Diniyev iştirak edib. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər “Kəpəz” və ümumilikdə Gəncə futbolu ilə bağlı müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. Qonaqlar yerli futbol infrastrukturu ilə tanış olub, Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Sumqayıt” oyununu izləyiblər.

Qeyd edək ki, oyun qolsuz tamamlanıb - 0:0. 

Son xəbərlər

Orphus sistemi