Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü dəyişdirilməyəcək

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü dəyişdirilməyəcək Bu barədə Azad Rəhimov məlumat verib
Futbol
9 Sentyabr , 2015 19:27
Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü dəyişdirilməyəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü dəyişdirilməyəcək. Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

O bildirib ki, hazırda stadion "Qarabağ" klubunun səlahiyyətindədir: "Klub stadionu icarəyə götürüb və meydançaya da nəzarət edir. Bizə dedilər ki, hər şey qaydasında olacaq. İşləri aparan firma baxır. Qəti şəkildə ot örtüyünün dəyişdirilməsindən söhbət gedə bilməz".

Nazir idman federasiyalarının Bakı Olimpiya Stadionuna köçürülməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu, yüngül addım deyil. Ona görə ki, stadionun boş bina kimi istifadəsi əlverişli deyil. Orada bölgülər aparılmalı, işlər görülməlidir. Çox istərdik ki, orada canlanma olsun. Stadion yaşasın, nəfəs alsın. Nə qədər çox adam olsa, o qədər yaxşı olar".

Son xəbərlər

Orphus sistemi