Bukmeyker kontorlarına pul qoyan baş məşqçi futboldan uzaqlaşdırılıb

Bukmeyker kontorlarına pul qoyan baş məşqçi futboldan uzaqlaşdırılıb Baş məşqçi təxminən 23 min avro cərimələnib
Futbol
2 Mart , 2016 09:44
Bukmeyker kontorlarına pul qoyan baş məşqçi futboldan uzaqlaşdırılıb

Bakı. 2 mart. REPORT.AZ/ Rumıniyanın "Astra" klubunun baş məşqçisi Maiurs Sumuditsa mərc oyunlarında iştirak etdiyi üçün 6 ay müddətinə futboldan uzaqlaşdırılıb. "Report"un məlumatına görə, yerli futbol federasiyasının yaydığı açıqlamada M.Sumuditsanın ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqası və Avropa Liqası oyunlarına 500-900 avro pul qoyduğu bildirilib.

Federasiyanın İntizam Komitəsi 44 yaşlı baş məşqçini təxminən 23 min avro cərimələyib.

Qeyd edək ki, Rumıniya çempionatının çempionlar qrupunda yer alan komanda turnir cədvəlinə başçılıq edir. Aktivində 26 xal olan "Astra" ən yaxın izləyicisi "Pandurri"ni 2 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi