Bakı. 20 mart. REPORT.AZ/ Mərakeşin Kasablanka şəhərində futbol fanatları arasında baş vermiş toqquşma nəticəsində 3 nəfər ölüb, 50 nəfər yaralanıb. "Report"un məlumatına görə, hadisə "Raca Kasablanka" - "Şaab Rif əl-Hoseyma" görüşündən sonra yaşanıb.
Tribunalarda başlanan kütləvi çaxnaşma stadionun çölündə davam edib. Toqquşmada bir neçə polis də xəsarət alıb. İnsidentlə əlaqədar 30-dan çox şəxs tutulub.
Baş verənnlərə hüquqi qiymət bu gün Mərakeş Krallığının Futbol Federasiyasının İntizam Komitəsinin iclasında veriləcək.