Mario Götsenin dünya çempionatında qələbə topunu vurduğu buts 2 milyon avroya satılıb

Mario Götsenin dünya çempionatında qələbə topunu vurduğu buts 2 milyon avroya satılıb Vəsait ağır xəstəlikli uşaqlara kömək edən "Ürək körpə üçün" xeyriyyə fonduna köçürüləcək
Futbol
6 Dekabr , 2014 17:53
Mario Götsenin dünya çempionatında qələbə topunu vurduğu buts 2 milyon avroya satılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Almaniya milli komandasının futbolçusu Mario Götsenin 2014-cü il dünya çempionatının finalında Argentina yığmasının qapısına qələbə topunu vurduğu buts xeyriyyə hərracında 2 milyon avroya satılıb. "Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, ayaqqabı auksiona bir şərtlə çıxarılıb.  

Həmin şərtə əsasən, butsun sahibi ağır xəstəlikli uşaqlara kömək edən "Ürək körpə üçün" xeyriyyə fonduna ən yüksək məbləğindən keçməli idi. 22 yaşlı yarımmüdafiəçi butsuna 2 milyon avronun ödənildiyini öyrəndikdə təəccübünü gizlətməyib: "Bu ağlasığmazdır. 2 milyon avro böyük məbləğdir. Yaxşı ki, buts üzrlü səbəbdən satıldı". 

Qeyd edək ki, M.Götse dünya çempionatının final matçının əlavə vaxtında qol vuraraq, 1:0 hesablı qələbə sayəsində Almaniya millisini 4 qat dünya çempionu edib. 

Son xəbərlər

Orphus sistemi