​"Maribor"un futbolçusu: "Şanslar bərabərdir"

​"Maribor"un futbolçusu: "Şanslar bərabərdir" Sloveniyalı futbolçu "Qəbələ" ilə oyundan danışıb
Futbol
17 Avqust , 2016 14:35
​Mariborun futbolçusu: Şanslar bərabərdir

Bakı. 17 avqust. REPORT.AZ/ "Qəbələ" keyfiyyətli futbol nümayiş etdirir. Sürətlə hücuma keçməyə qadir olan komandadır". 

"Report"un məlumatına görə, bu fikirləri Sloveniyanın "Maribor" klubunun futbolçusu Aleks Pihler yerli mətbuata bildirib.

Avropa Liqasının "pley-off" mərhələsində Bakıda "Qəbələ"nin qonağı olacaq Sloveniya təmsilçisinin yarımmüdafiəçisi cütün favoriti olduqlarını deyib: "İstənilən halda "Maribor" favorit hesab olunur. Ancaq şansları bərabər dəyərləndirirəm".

Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" qarşılaşması saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Sloveniyada olacaq.

Son xəbərlər

Orphus sistemi