​Maradona haqqında serial çəkiləcək

​Maradona haqqında serial çəkiləcək "Həyatımda baş verənlər istənilən ssenaridən üstündür"
Futbol
15 İyul , 2016 12:47
​Maradona haqqında serial çəkiləcək

Bakı. 15 iyul. REPORT.AZ/ Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona haqqında serial çəkiləcək.

"Report" xəbər verir ki, bu haqda "France Presse" agentliyi məlumat yayıb.

"Hər ay həyatım haqda yüz seriallıq film çəkmək olar. Həyatımda baş verənlər istənilən ssenaridən üstündür. Çox şadam ki, "Telefe" şirkəti serial çəkəcək"- deyə o vurğulayıb.

Qeyd edək ki, Dieqo Maradona 1979-cu ildə futbol üzrə gənclər arasında dünya çempionu adının qazanıb. 1986-cı ildə onun komandası dünya birincisi, 1990-cı ildə dünya ikincisi olub. Maradona həm də DÇ-1986-nın "Ən yaxşı futbolçusu" adına layiq görülüb. 

İngilis versiyası Maradona TV series planned

Son xəbərlər

Orphus sistemi