​Maradona: FİFA-da özbaşnalıq hökm sürür

​Maradona: FİFA-da özbaşnalıq hökm sürür "Blatter isə bu barədə tamamilə xəbərsizdir"
Futbol
5 May , 2015 06:24
​Maradona: FİFA-da özbaşnalıq hökm sürür

Bakı. 5 may. REPORT.AZ/ Ötən illərin məşhur argentinalı futbolçusu Dieqo Maradona hesab edir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasında (FİFA) özbaşnalıq hökm sürür və bunda təşkilatın hazırki rəhbəri Yozef Blatter günahkardır.

"Report" xəbər verir ki, argentinalının sözlərinİ "Reuters" agentliyi sitat gətirib.

"Bütün futbol aləmi bilir ki, FİFA-da tamamilə özbaşnalıq hökm sürür, Blatter isə bu barədə tamamilə xəbərsizdir. Məhz buna görə mən, İordaniya şəhzadəsi Əli bin Əl-Hüseynin namizədliyini dəstəkləyirəm", - deyə Maradona bildirib.

FİFA prezidenti postuna seçkilər mayın 29-da FİFA-nın Sürixdə keçiriləcək konqresində baş tutacaq. Əl-Hüseyn ilə yanaşı FİFA prezidenti postuna Niderland Futbol İttifaqının rəhbəri Mixael van Praq və keçmiş portuqaliyalı futbolçu Luiş Fiqu idda edir.

Son xəbərlər

Orphus sistemi