Mançini: "Qarabağ" yaxşı komanda olduğu halda, 1/16 finala çıxa bilmədi"

Mançini: "Qarabağ" yaxşı komanda olduğu halda, 1/16 finala çıxa bilmədi" Onun fikrincə, "Qarabağ" sayılmayan qoluna ümid etməyərək, əvvəlki şanslarından yararlanmalı idi
Futbol
11 Dekabr , 2014 23:15
Mançini: Qarabağ yaxşı komanda olduğu halda, 1/16 finala çıxa bilmədi
Bakı. 11 dekabr. REPORT.AZ/ "Oyun çox yaxşı keçdi. Hər iki komanda yaxşı oynadı. Çox təəssüf edirəm ki, "Qarabağ" yaxşı komanda olduğu halda, 1/16 finala çıxa bilmədi". Bunu "Qarabağ"la Avropa Liqasının VI tur matçından sonra "İnter"in baş məşqçisi Roberto Mançini deyib.

O, "Qarabağ"ın daha üstün oynamasına dair sualı isə qısa cavablandırıb: "O zaman rəqibi təbrik edirəm".

Mançininin fikrincə, "Qarabağ" sayılmayan qoluna ümid etməyərək, əvvəlki şanslarından yararlanmalı idi: "Futbolda hər şey olur. "Qarabağ" əvvəlki şanslarından istifadə edib qol vura bilərdi. Amma olmadı".

Son xəbərlər

Orphus sistemi