​Mançesterə yollanacaq uşaqların adları elan olunub

​Mançesterə yollanacaq uşaqların adları elan olunub 5 iştirakçı "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcək
Futbol
8 İyun , 2015 13:40
​Mançesterə yollanacaq uşaqların adları elan olunub

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunan "Mançester Yunayted üçüncü Yay Futbol Məktəbi"nin təlim-məşq toplanışları başa çatıb.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, təlim-məşq toplanışlarının son günü təşkil olunan mərasimdə 34 uşaq arasından ən yüksək nəticələr nümayiş etdirən 5 iştirakçının adları elan olunub. Bu, Nihad Xәlilli (Sumqayıt), Nihad Fərəci (Gəncə), İbrahim Ağayarov (Bakı), Elmar Әzizov - qapıçı (Xaçmaz), Cavid Fərzəliyevdir - qapıçı (Sumqayıt).

Bu uşaqlar İngiltərənin Mançester şəhərinə - "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcəklər. 

Son xəbərlər

Orphus sistemi