​"Mançester Yunayted" rəhbərliyi baş məşqçiyə istefaya getməyi təklif edib

​"Mançester Yunayted" rəhbərliyi baş məşqçiyə istefaya getməyi təklif edib "Mankunyanlar" 23 turdan sonra Premyer Liqanın 5-ci pilləsində qərarlaşıblar
Futbol
26 Yanvar , 2016 04:01
​Mançester Yunayted rəhbərliyi baş məşqçiyə istefaya getməyi təklif edib

Bakı. 26 yanvar. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində evdə "Sautqempton"a 0:1 hesablı məğlubiyyətdən sonra "Mançester Yunayted" rəhbərliyi holland baş məşqçi Lui van Qala istefaya getməyi təklif edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, klubun vitse-prezidenti Ed Vudvord holland mütəxəssislə görüşərək onun gələcək taleyini müzakirə edib.

"MY" rəhbərliyi Van Qala qərar barədə düşünmək, həmçinin vəziyyəti ailəsi ilə müzakirə etmək üçün vaxt verib.

Bundan əvvəl "Çelsi"nin sabiq baş məşqçisi Joze Maurinyonun holland mütəxəssisi əvəzləyə biləcəyi xəbər verilmişdi.

"Mankunyanlar" 23 turdan sonra Premyer Liqanın 5-ci pilləsində qərarlaşıblar və lider "Lester Siti"dən 10 xal geri qalırlar.

Son xəbərlər

Orphus sistemi