​"Mançester Yunayted" futbol məktəbinə növbəti uşaq seçimi prosesi başlayıb

​"Mançester Yunayted" futbol məktəbinə növbəti uşaq seçimi prosesi başlayıb Seçim prosesi 22-23 avqust tarixlərində keçiriləcək
Futbol
14 Avqust , 2015 20:39
​Mançester Yunayted futbol məktəbinə növbəti uşaq seçimi prosesi başlayıb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Mançester Yunayted" futbol məktəbinə növbəti uşaq seçimi prosesinə başlayıb.

Şirkətdən "Report"a verilən məlumata görə, Bakıda “Bayıl Arena” stadionunda təşkil olunacaq seçim prosesi nəticəsində yeni yaradılan U-9 qrupu və hazırda digər qruplarda mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaq.

2007 və 2008-ci il təvəllüdlü uşaqlar üçün seçim prosesi 22 avqust, 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqlar üçün isə 23 avqust 2015-ci il tarixində keçiriləcək.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/keçidindən istifadə edərək qeydiyyatdan keçmək və şəxsiyyəti təsdiq edən sənəd, sağlamlıq haqqında arayışla yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə “Bayıl Arena” stadionuna gəlmək lazımdır.

Seçim prosesi ilə bağlı suallara cavab almaq üçün 055 511 90 78 nömrəsinə zəng etmək və [email protected] ünvanına email yollamaq olar.

Qeyd edək ki, "Mançester Yunayted" futbol məktəbində məşqlər İngiltərədən ezam olunan məşqçi və yerli assistent tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara həftədə ən azı iki dəfə ingilis dili tədris olunur.

Son xəbərlər

Orphus sistemi