"Mançester Yunayted" Argentina millisinin qapıçısını transfer edib

"Mançester Yunayted" Argentina millisinin qapıçısını transfer edib Serxio Romero ilə 3 illik müqavilə bağlanılıb
Futbol
27 İyul , 2015 10:07
Mançester Yunayted Argentina millisinin qapıçısını transfer edib

Bakı. 27 iyul. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol klubu qapıçı Serxio Romero ilə 3 illik müqavilə bağlayıb. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, İtaliya "Sampdoriya"sı ilə anlaşması başa çatmış 28 yaşlı qolkiperin keçidi havayı başa gəlib.

"Burada olmaqdan tam məmnunam" deyən Romero "mankunianlar"ın hazırkı baş məşqçisi Lui van Qala yaxşı tanışdır. Onlar Hollandiyanın AZ komandasında da birgə çalışıblar. İtaliya mətbuatı argentinalı qapıçının "Mançester Yunayted"dəki əmək haqqının ildə 1,8 milyon avro təşkil edəcəyini yazıb.

Qeyd edək ki, Serxio Romero ilə İspaniyanın "Real Madrid" və "Atletiko", eləcə də İtaliyanın "Roma" və "İnter" klubları da maraqlanıb. O, 2009-cu ildən cəlb olunduğu Argentina millisi ilə 2014-cü il dünya çempionatının gümüş mükafatçısı olub. 

Son xəbərlər

Orphus sistemi