"Mançester Siti", "Borussiya" və "Valensiya"nın skautları "Qəbələ"nin oyununu izləyib

"Mançester Siti", "Borussiya" və "Valensiya"nın skautları "Qəbələ"nin oyununu izləyib Skautlar oyun zamanı stadionda olub
Futbol
17 Sentyabr , 2016 10:35
Mançester Siti, Borussiya və Valensiyanın skautları Qəbələnin oyununu izləyib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"i və "Qəbələ" arasında Brüsseldə keçirilmiş oyun Avropa klublarının diqqətindən kənarda qalmayıb. 

"Report"un məlumatına görə, İngiltərənin "Mançester Siti", "Nyukasl", Almaniyanın "Borussiya" (Dortmund) və İspaniyanın "Valensiya" klublarının skautları matçı Konstant Vanden Stok Stadionundan canlı izləyib.

Yerli mətbuat skautların "Anderlext"in heyətində çıxış edən bir neçə futbolçunu izləmək üçün gəldiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 15-də baş tutmuş görüşdə "Anderlext" 3:1 hesab ilə qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi