Malta. Ta Qali. 6 sentyabr. REPORT.AZ/ "Çox çətin oyun oldu. Azərbaycan əla formadadır. Malta da bu gün yaxşı oynadı".
"Report"un Maltaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.
Avro-2016-nın seçmə qrup mərhələsində Azərbaycanla oyunu şərh edən baş məşqçi bunları söyləyib: "İlk qoldan sonra biz toparlandıq. Rəqib komanda səhv edəndə ondan yararlanmaq lazımdır. Necə ki, Azərbaycan ikinci qolunu bizim səhvimizdən vurdu. 2:2 ədalətli nəticə olmadı. Ancaq biz daha artığına ümid edirdik".
Qeyd edək ki, Malta - Azərbaycan matçı 2:2 hesabı ilə başa çatıb.