​"Qarabağ"ın futbolçusu: "Əlimizdən gələni edəcəyik ki, "Anderlext"ə qalib gələk"

​"Qarabağ"ın futbolçusu: "Əlimizdən gələni edəcəyik ki, "Anderlext"ə qalib gələk" Maksim Medvedev: "Brüsselə qələbə üçün gedirik"
Futbol
8 Dekabr , 2015 17:45
​Qarabağın futbolçusu: Əlimizdən gələni edəcəyik ki, Anderlextə qalib gələk

Bakı. 8 dekabr. REPORT.AZ/ "Riyazi olaraq, "Anderlext"lə qarşılaşmada şansımız var. Brüsselə qələbə üçün gedirik. Çünki heç-heçə bizi qane etmir". "Report"un məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.

Avropa Liqasında qrup mərhələsinin son tur matçı barədə danışan müdafiəçi "Anderlext"lə səfər qarşılaşmasının son şans olduğunu bildirib: "Bu şansdan maksimum istifadə etməliyik. İnanıram ki, uşaqlar can-başla oynayacaqlar. Əlimizdən gələni edəcəyik ki, "Anderlext"ə qalib gələk".

26 yaşlı futbolçu rəqibin ölkə çempionatındakı nəticələrinin komandada qorxu yaratmadığını söyləyib: "Artıq biz "Anderlext" kimi komandalara qarşı oynamışıq və təcrübəmiz var. Tək missiyamız rəqibi keçməkdir".

Medvedev qrupun digər - "Tottenhem" - "Monako" oyununda qeydə alınacaq nəticə haqda da fikirlərini bildirib: "Təki qalib gələk, "Monako" Londonda heç-heçə oynasın. İstəyirik ki, "Anderlext"ə səfərdə qalib gələk".

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir. 

Son xəbərlər

Orphus sistemi