Makedoniya yığmasının Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Makedoniya yığmasının Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb "Qarabağ"da çıxış edən futbolçuya dəvət göndərilməyib
Futbol
18 May , 2016 15:54
Makedoniya yığmasının Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Bakı. 18 may. REPORT.AZ/ Futbol üzrə Makedoniya milli komandasının mayın 29-da Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. "Report"un Makedoniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi İqor Angelovski 21 oyunçuya dəvət göndərib.

Onların arasında "Qarabağ"da çıxış edən yarımmüdafiəçi Muarem Muarem yoxdur:

Qapıçılar: Stole Dimitrievski (“Qranada”, İspaniya), İqor Aleksovski (“Makedoniya”);

Müdafiəçilər: Leonard Juta, Stefan Ristovski (hər ikisi “Riyeka”, Xorvatiya), Kire Risteski ("Vaşaş", Macarıstan), Vançe Şikov (“Austriya”, Avstriya), Darko Velkovski (“Vardar”), Qyoko Zaykov (“Şarlerua”, Belçika), Eqzon Beytulai (“Şkendiya”);

Yarımmüdafiəçilər: Maryan Radeski, Ferhan Hasani (hər ikisi “Şkendiya”), Deyan Peşevski (“Podbrezova”, Slovakiya), Enis Bardi (“Uypeşt”, Macarıstan), Boban Nikolov (“Vardar”), Boyan Naydenov (“Rabotniçki”), David Babunski (“Srvena Zvezda”, Serbiya), Nikola Georgiyev (“Qrasshoppers”, İsveçrə);

Hücumçular: Qoran Pandev (“Cenoa”, İtaliya), İvan Triçkovski (AEK, Kipr), Aleksandar Traykovski (“Palermo”, İtaliya), İliya Nesterovski (“İnter” Zaqreb, Xorvatiya).

Qeyd edək ki, Makedoniya millisi mayın 23-də bir araya gələcək. Bu komanda Azərbaycanla oyunun ardından iyunun 2-də Skopyedə İranla yoldaşlıq görüşü keçirəcək. 

Son xəbərlər

Orphus sistemi