Mahir Şükürov Azərbaycan milli komandasının düşərgəsinə cəzalı gələcək

Mahir Şükürov Azərbaycan milli komandasının düşərgəsinə cəzalı gələcək 32 yaşlı müdafiəçi Türkiyə I Liqasının növbəti turunda oynamayacaq
Futbol
5 Noyabr , 2014 16:09

Bakı. 5 noyabr. REPORT.AZ/ Noyabrın 16-da Norveç yığması ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçı üçün Azərbaycan milli komandasına dəvət alan Türkiyənin "Karşıyaka" klubunun futbolçusu Mahir Şükürov I Liqanın IX turunda "Adana Dəmirspor"a qarşı forma geyinməyəcək. "Report"un məlumatına görə, Şükürov ötən tur "Samsunspor"la görüşdə sarı vərəqə limitini aşıb.

Təcrübəli müdafiəçi noyabrın 2-də keçirilmiş qarşılaşmanın 55-ci dəqiqəsində cəzalanıb. Bu, Şükürovun cari mövsüm ərzində 4-cü sarı vərəqəsi olub. 32 yaşlı oyunçu noyabrın 9-da keçiriləcək növbəti turun oyununda meydana çıxmayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası noyabrın 4-dən təlim-məşq toplantısına başlayıb. Mahir Şükürovun Türkiyə I Liqasında çıxış edən digər legionerlərlə birgə noyabrın 10-dan yığmanın düşərgəsinə qoşulacağı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi