"Real Madrid"lə "Mançester Yunayted" anlaşıb

"Real Madrid"lə "Mançester Yunayted" anlaşıb İspaniyalı çərçivə qoruyucusu Madridə qayıdır
Futbol
16 May , 2015 15:45
Real Madridlə Mançester Yunayted anlaşıb

Bakı. 16 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu İngiltərə "Mançester Yunayted"inin qapısını qoruyan David De Xea ilə müqavilə imzalayacaq. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi transferlə bağlı "qırmızı şeytanlar"la anlaşıb.

Razılaşmaya əsasən, 25 yaşlı əlcək sahibi 5 il İspaniyada forma geyinəcək və hər il üçün 5 milyon avro qazanacaq. Qarşıdakı mövsümün sonunda De Xea ilə müqavilə müddəti başa çatacaq "Mançester Yunayted"in transfer üçün ən azı 35 milyon avro tələb edəcəyi iddia olunub.

Artıq ispaniyalı çərçivə qoruyucusunun vikipediyasında yeni iş yeri kimi "Real Madrid" göstərilib.

Qeyd edək ki, David De Xea 2011-ci ildə "Mançester Yunayted"ə transfer olunub.

Son xəbərlər

Orphus sistemi