​Luis Suares FİFA-dan üzr istəməsini tələb edir

​Luis Suares FİFA-dan üzr istəməsini tələb edir Futbolçunun fikrincə FİFA onun haqqında çox sərt qərar çıxarıb
Futbol
12 İyul , 2015 12:12
​Luis Suares FİFA-dan üzr istəməsini tələb edir

Bakı. 12 İyul. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun uruqvaylı forvardı Luis Suares növbəti dəfə qalmaqallı diskvalifikasiyası mövzusuna toxunub.

"Report" xəbər verir ki, futbolçunun fikrincə FİFA onu rəsmi oyunlardan yarım il uzaqlaşdırmaqla çox sərt qərar çıxarıb.

İndi uruqvaylı qurumdan bunu etiraf etməsini və ondan üzr istəməsini tələb edir.

Xatırladaq ki, 2014-cü ilin Dünya çempionatı zamanı futbolçu İtaliya yığmasının müdafiəçisi Corc Kyellinini dişləyib və buna görə cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi