Bakı. 16 fevral. REPORT.AZ Türkiyənin İstanbul şəhərində "Fənərbağça" ilə oyundan öncə Rusiya "Lokomotiv"ini "Şükrü Saracoğlu" stadionuna gətirən avtobus daşa basılıb. "Report"un məlumatına görə, avtobus 100-dək polisin mühafizəsində olsa da, azarkeşlər içki şüşəsi və daş atmağa başlayıblar.
Bu, 20 saniyəyədək davam edib. Maşınlardan çıxan polislər fanatları qovublar. Azarkeşlərdən 3-ü isə saxlanılıb.
Qeyd edək ki, iki klub arasında Avropa Liqasının ilk 1/16 final matçı saat 21:00-da başlayıb.
Hazırda "Fənərbağça" 1-0 öndədir.