​"Liverpul" klubu seneqallı hücumçunun transferini rəsmiləşdirib

​"Liverpul" klubu seneqallı hücumçunun transferini rəsmiləşdirib Tərəflər arasında 5 illik müqavilə imzalanıb
Futbol
28 İyun , 2016 16:10
​Liverpul klubu seneqallı hücumçunun transferini rəsmiləşdirib

Bakı. 28 iyun. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızılar" "Sauthempton"un seneqallı hücumçusu Sadio Maneni transfer edib. 24 yaşlı oyunçunun transferi təqribən 45 milyon dollara başa gəlib. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.

Mane 2014-cü ildə "Zalsburq"dan transfer edilib və Premyer Liqada çıxdığı 67 oyunda 21 qol vurub.

Xatırladaq ki, "Liverpul" buna qədər "Maynts"dan almaniyalı qapıçı Loris Karius, "Şalke"dən kamerunlu müdafiəçi Joel Matipi transfer edib.

Son xəbərlər

Orphus sistemi