​Lionel Messi "El Klassiko"da oynamayacaq

​Lionel Messi "El Klassiko"da oynamayacaq Argentinalı hücumçu hazırda fizioterapiya kursu keçir
Futbol
2 Noyabr , 2015 12:56
​Lionel Messi El Klassikoda oynamayacaq

Bakı. 2 noyabr. REPORT.AZ/ "Barselona" klubunun futbolçusu Lionel Messi İspaniya çempionatının XII turunda "Real Madrid"lə qarşılaşmada meydana çıxa bilməyəcək. "Report"un "Sports.es"ə istinadən məlumatına görə, argentinalı hücumçu hazırda fizioterapiya kursu keçir.

Kataloniya təmsilçisinin məşqçilər korpusu 28 yaşlı futbolçunu riskə atmamaq üçün noyabrın 21-də keçiriləcək "El Klassiko"da onun meydana çıxmamasına qərar verib. Artıq Messi yüngül fərdli məşqlərə başlasa da, onun tam hazır olması üçün 3-4 həftə vaxt lazımdır.

Qeyd edək ki, noyabrın 21-də keçiriləcək "Real Madrid" - "Barselona" qarşılaşması Bakı vaxtilə saat 21:15-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi