"Lester" tarixində ilk dəfə olaraq İngiltərə çempionu olub - VİDEO

"Lester" tarixində ilk dəfə olaraq İngiltərə çempionu olub - VİDEO Bu, "Tottenhem"in xal itirməsi sayəsində mümkün olub
Futbol
3 May , 2016 00:15
Lester tarixində ilk dəfə olaraq İngiltərə çempionu olub - VİDEO

Bakı. 3 May. REPORT.AZ/ İngiltərənin "Lester" klubu tarixində ilk dəfə olaraq ölkə çempionu olub.

"Report" xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi Premyer-liqanın sonuna iki tur qalmış qələbəni bayram edib.

Belə ki, ölkə çempionatının 36-cı turunda "Çelsi" doğma meydanda "Tottenhem Hotspur"u qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatdığından, bu, "Lester"ə İngiltərə çempionu olmaq imkanı verib. Bu heç-heçə sayəsində sona iki tur qalmış hesabında 77 xal olan "tülkülər" 70 xalı olan "Tottenhem Hotspur"dan 7 xal aralanıb.

"Lester" İngiltərə yüksək liqasını qazanan 24-cü komanda olub.

İngiltərə Premyer-liqası, 36-cı tur

"Çelsi" (London) – "Tottenhem Hotspur" (London) – 2:2

Qollar: Keyn, 35 (0:1); Min, 44 (0:2); Kehill, 58 (1:2); Azar, 83 (2:2).

Son xəbərlər

Orphus sistemi