Bakı. 23 iyun. REPORT.AZ/ İngiltərənin "Lester" klubu futbolçusu Ceymi Vardi ilə müqavilə müddətini artırıb.
"Report"un məlumatına görə, yeni müqaviləyə əsasən, 29 yaşlı hücumçu 2020-ci ilə qədər "tülkülər"in şərəfini qoruyacaq.
Yeni müqaviləyə əsasən, Vardinin qazancı həftəlik təqribən 100 min funt sterlinq olacaq.
Qeyd edək ki, C.Vardi 2012-ci ildən "Lester"də çıxış edir.