"Lester" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb

"Lester" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb İngiltərə çempionları ilk 2 turda qalib gəlib
Futbol
28 Sentyabr , 2016 09:48
Lester klubu Çempionlar Liqasında yeni rekorda imza atıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ İngiltərənin "Lester" klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. "Report"un məlumatına görə, ölkə çempionu "Dumanlı Albion" təmsilçiləri arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunu qələbə ilə başa vuran birinci komanda olub.

"Lester" əvvəlcə Belçika "Brügge"sini 3:0, ardından Portuqaliya "Portu"sunu 1:0 hesabı ilə yenib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələlərində müxtəlif illərdə İngiltərənin "Mançester "Yunayted", "Mançester Siti", "Arsenal", "Tottenhem", "Liverpul", "Çelsi", "Lids", "Nyukasl" və "Blekbern" çıxış edib. Onlardan heç biri ilk 2 turda qələbə qazana bilməyib. 

Son xəbərlər

Orphus sistemi