​Lempard ən yaxşı bombardirlər siyahısında Anrini geridə qoyub

​Lempard ən yaxşı bombardirlər siyahısında Anrini geridə qoyub Futbolçu Premyer Liqanın ən yaxşı bombardirlər siyahısında dördüncü yerə yüksəlib
Futbol
1 Yanvar , 2015 22:36
​Lempard ən yaxşı bombardirlər siyahısında Anrini geridə qoyub
Bakı. 1 yanvar. REPORT.AZ/ "Mançester Siti"nin yarımmüdafiəçisi Frenk Lempard İngiltərə çempionatının XX turunda "Sanderlend"in qapısına qol vurmaqla (3:2) Premyer Liqanın ən yaxşı bombardirlər siyahısında dördüncü yerə yüksəlib.

"Report" xəbər verir ki, hazırda Lempardın hesabında 176 qol var və belə olan halda o, London "Arsenalı"nın əfsanəvi bombardiri Tyerri Anrini arxada qoymuş olur.

İngiltərə çempionatının 10 ən yaxşı bombardiri:

1. Alan Şirer - 260

2. Endryu Koul - 187

3. Ueyn Runi - 181

4. Frenk Lempard - 176

5. Tyerri Anri - 175

6. Robbi Fauler - 162

7. Maykl Ouen - 150

8. Les Ferdinand - 149

9. Teddi Şerinqem - 147

10. Robin van Persi - 142

Son xəbərlər

Orphus sistemi