Latviyada Azərbaycan və Ermənistan boksçuları arasında döyüşlər keçiriləcək

Latviyada Azərbaycan və Ermənistan boksçuları arasında döyüşlər keçiriləcək Gecənin təşkilatçısı əslən azərbaycanlı məşqçidir
Futbol
30 Aprel , 2016 16:35
Latviyada Azərbaycan və Ermənistan boksçuları arasında döyüşlər keçiriləcək

Bakı. 30 aprel. REPORT.AZ/ Mayın 7-də Latviyanın paytaxtı Riqada Azərbaycan və Ermənistan boksçuları arasında döyüşlər keçiriləcək. "Report"un məlumatına görə, "Ali for the Victory" adlı gecənin təşkilatçısı Latviyada çalışan azərbaycanlı məşqçi Vəli Məmmədovun təsis etdiyi "Flash Promotion" şirkətidir.

Şirkətin ilk turniri "Radisson Blue Hotel"də baş tutacaq. Vaxtilə "Baku Fires"də və Azərbaycan millisindəki çıxışları ilə tanınan, hətta 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Soltan Migitinov "Flash Team"in üzvü Petros Ananyanla üz-üzə gələcək. Latviyada yaşayan həmyerlimiz Zaur Sadıxov isə gənclər arasında dünya çempionu Lendruş Akopyanla qarşılaşacaq. V.Məmmədovun rəhbərliyi altında daha bir erməni - Andranik Qriqoryan da çıxış edir. Onun rəqibi isə Vladislav Davidaytis olacaq.

V.Məmmədov azərbaycanlı və ermənistanlı boksçular arasındakı döyüşlərdə siyasi məzmun axtarmağa gərək olmadığını bildirib: "Bu, təmiz idmandır. Hətta təxribatdırsa belə, dinc xarakterlidir. Qoy, bütün mübahisələr rinqdə həll olunsun və qonq zərbəsi ilə yekunlaşsın".

Qeyd edək ki, gecənin əsas qonağı 2004-cü ildə Mayk Taysonu nokauta salmış ingiltərəli boksçu Denni Uilyams olacaq.

Son xəbərlər

Orphus sistemi