Bakı. 12 avqust. REPORT.AZ/ Rusiyalı baş məşqçi Kurban Berdıyevin yeni komandası müəyyənləşib.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, 63 yaşlı mütəxəssis karyerasını Moskva "Spartak"ında davam etdirəcək. Tərəflərin müqavilə imzaladığı da bildirilir.
Qeyd edək ki, Berdıyevin sonuncu iş yeri "Rostov" klubu olub.