Kriştianu Ronaldu vergidən yayınır

Kriştianu Ronaldu vergidən yayınır Portuqaliyalı futbolçu qazancını meneceri Jorje Mendeşin İrlandiyada yerləşən şirkətlərinə yönəldir
Futbol
21 May , 2015 09:18
Kriştianu Ronaldu vergidən yayınır

Bakı. 21 may. REPORT.AZ/ Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun ölkəsinə vergi ödəməmək üçün özünü İrlandiyada işləyən biri kimi göstərdiyi açıqlanıb. "Report"un Portuqaliyanın "Correo da Manha" qəzetinə istinadən verdiyi məlumata görə, futbolçu qazancını meneceri Jorje Mendeşin İrlandiyada yerləşən şirkətlərinə yönəldir.

İspaniya "Real Madrid"ində forma geyinən 30 yaşlı yarımmüdafiəçi belə olan halda qazancından 12.5 faiz vergi ödəyir. Nəşrin iddiasına görə, Ronaldo öz gəlirlərini vətənində saxlayarsa, o zaman 2 dəfə artıq vergi ödəməyə məcbur olacaq. Hazırda portuqaliyalının klub və reklamlardan 20 milyon avrodan artıq qazanc əldə etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl analoji halla üzləşən "Barselona" klubunun futbolçusu Lionel Messi həbs olunmamaq üçün 12 milyon avro vergi ödməyə razı olub.

Son xəbərlər

Orphus sistemi