​"Krasnodar" klubunun futbolçusunun evi qarət olunub

​"Krasnodar" klubunun futbolçusunun evi qarət olunub Evdən 10 min rus rublu götürülüb, it güllələnib
Futbol
21 Dekabr , 2015 14:25
​Krasnodar klubunun futbolçusunun evi qarət olunub

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın "Krasnodar" klubunun futbolçusu Vladimir Bıstrova məxsus Leninqrad vilayətindəki ev naməlum şəxslər tərəfindən qarət olunub. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində evdəki it güllələnib.

Kimliyi məlum olmayan qarətçilər evin mühafizəçisini bağlayaraq 10 min rus rublu və bəzi əşyaları götürüblər. Hazırda qarətçilərin kimliyi araşdırılır.

Qeyd edək ki, Vladimir Bıstrov "Zenit" klubu ilə 2 dəfə ölkə çempionu olub. O, 2014-cü ildən "Krasnodar"ın formasını geyinir. 

Son xəbərlər

Orphus sistemi