​"Krasnodar" - "Birkirkara" matçını azərbaycanlı hakim idarə edəcək

​"Krasnodar" - "Birkirkara" matçını azərbaycanlı hakim idarə edəcək Oyun Rusiyanın Kuban şəhərində keçiriləcək
Futbol
4 Avqust , 2016 07:08
​Krasnodar - Birkirkara matçını azərbaycanlı hakim idarə edəcək

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində cavab qarşılaşmaları keçiriləcək.

"Report" xəbər verir ki, axşam baş tutacaq qarşılaşmalardan biri də Rusiyanın "Krasnodar" klubu ilə Maltanın "Birkirkara" kollektivi arasında olacaq.

Rusiyada keçiriləcək görüşü azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək.

Qalib tərəf qrup mərhələsində oynamağa imkan verən "play-off"a vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi