Kolumbiyada futbolçular oturaq etiraz aksiyası keçiriblər

Kolumbiyada futbolçular oturaq etiraz aksiyası keçiriblər Onlar oyunların gündüzlər keçirilməsinə qarşıdırlar
Futbol
11 Aprel , 2016 09:13
Kolumbiyada futbolçular oturaq etiraz aksiyası keçiriblər

Bakı. 11 aprel. REPORT.AZ/ Kolumbiya çempionatında futbolçular oturaq etiraz aksiyası keçiriblər. "Report"un məlumatına görə, bu addım ölkə rəhbərliyinin elektrik enerjisinə qənaət məqsədilə gündüzlər oyun keçirmə qərarına cavab olaraq, atılıb.

Aksiya yüksək liqa oyunlarının keçirildiyi 8 böyük stadionda olub və bir neçə dəqiqə davam edib. Futbolçuların fikrincə, qərar qəbul olunarkən, qızmar gün altında oynamağın həyat üçün təhlükəli olduğuna əhəmiyyət verilməyib.

Qeyd edək ki, Kolumbiya prezidenti Xuan Manuel Santos ölkə vətəndaşlarını elektrik enerjisinə qənaət proqramına dəstək olmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi