Klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib

Klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib Yarımfinalda "Real Madrid" "Krus Asul"u darmadağın edib
Futbol
17 Dekabr , 2014 09:45
Klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib

Bakı. 17 dekabr. REPORT.AZ/ Mərakeşdə keçirilən klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinalda İspaniyanın "Real Madrid" klubu Meksikanın "Krus Asul" komandasını darmadağın edib - 4:0. 

Qolları Serxio Ramos, Kərim Benzema, Qaret Beyl və İsko vurub. "Krus Asul"un futbolçusu Xerardo Torrado 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. 

Qeyd edək ki, digər finalçı bu axşam Argentinanın "San Lorenso" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında keçiriləcək yarımfinal matçında müəyyənləşəcək. 

Son xəbərlər

Orphus sistemi