Avropa Liqasında "Kəpəz" və "Daçiya" komandaları arasındakı ilk oyunun vaxtı dəyişdirilib

Avropa Liqasında "Kəpəz" və "Daçiya" komandaları arasındakı ilk oyunun vaxtı dəyişdirilib Bakıdakı oyunun başlama saatı müəyyənləşib
Futbol
21 İyun , 2016 11:29
Avropa Liqasında Kəpəz və Daçiya komandaları arasındakı ilk oyunun vaxtı dəyişdirilib

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan təmsilçisi "Kəpəz"in Moldova "Daçiya"sı ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib. "Report"un məlumatına görə, bu barədə UEFA-dan "Daçiya"ya məktub gəlib.

Məktubda matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 30-da deyil, iyunun 28-də təşkil olunacağı göstərilib. "Dalğa Arena"dakı görüş saat 20:00-da başlanacaq.

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi