​"Kəpəz" klubu sifariş ərizəsini təqdim edib

​"Kəpəz" klubu sifariş ərizəsini təqdim edib Siyahıya bir futbolçu əlavə edilib
Futbol
29 Yanvar , 2016 10:32
​Kəpəz klubu sifariş ərizəsini təqdim edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Gəncənin "Kəpəz" futbol klubu Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün ikinci yarısı üçün 19 futbolçu sifariş edib. "Report"un məlumatına görə, klub Peşəkar Futbol Liqasına təqdim etdiyi siyahıya yalnız "Qarabağ"dan icarəyə götürülən Namiq Ələsgərovun adını əlavə edib.

21 yaşlı yarımmüdafiəçi yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək. Komandada baxışda olan Vladimir Korobka isə bəyənilməyib. 

Qeyd edək ki, "Kəpəz" qış fasiləsində 5 futbolçu ilə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi