​"Kəpəz" klubunun Avropa Liqasına hazırlıq planı müəyyənləşib

​"Kəpəz" klubunun Avropa Liqasına hazırlıq planı müəyyənləşib Komanda Ərzurumda 2 yoldaşlıq görüşü keçirəcək
Futbol
31 May , 2016 11:21
​Kəpəz klubunun Avropa Liqasına hazırlıq planı müəyyənləşib

Bakı. 31 may. REPORT.AZ/ Gəncənin "Kəpəz" futbol komandasının yay hazırlıq planı müəyyənləşib. Bu barədə "Report"a komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. 

50 yaşlı mütəxəssis Avropa Liqasına Türkiyənin Ərzurum şəhərində hazırlaşacaqlarını bildirib: "İyunun 11-də Bakı - Naxçıvan - Ərzurum reysi ilə yola düşəcəyik. Toplanış ayın 21-də başa çatacaq. Həmin vaxt komandalar toplanışa yollanmadıqlarından, sınaqçı-rəqib tapmağımız bir az çətindir. Ancaq 2 yoldaşlıq görüşü planlaşdırırıq. Bu oyunların nə vaxt və hansı komandaya qarşı olacağı isə məlum deyil".

Ş.Diniyev Ərzurum toplanışından sonra Bakıya qayıdaraq, Avroliqayadək hazırlıqları paytaxtda davam etdirəcəklərini əlavə edib.

Qeyd edək ki, "Kəpəz" 2015/2016 mövsümünü 56 xalla 5-ci pillədə tamamlayıb və Avropa Liqasında iştirak hüququ qazanıb. Avroliqada I təsnifat mərhələsinin ilk oyunları iyunun 30-da, cavab görüşləri isə iyulun 7-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi