​"Kəpəz" klubu "Daçiya"ya etiraz məktubu göndərib

​"Kəpəz" klubu "Daçiya"ya etiraz məktubu göndərib Mərdəkan qəsəbəsi erməni əsilli məkan kimi təqdim edilib
Futbol
28 İyun , 2016 10:00
​Kəpəz klubu Daçiyaya etiraz məktubu göndərib

Bakı. 28 iyun. REPORT.AZ/ "Kəpəz" klubu Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova "Daçiya"sının rəsmi saytında yer alan məlumatlarla bağlı etirazını bildirib. "Report" xəbər verir ki, Moldova klubunun rəsmi saytı oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkan qəsəbəsini erməni əsilli məkan kimi təqdim edib.

Gəncə təmsilçisi isə məsələ ilə bağlı narazılığını ifadə edib və qarşı tərəfə məktub göndərib.

Qeyd edək ki, "Kəpəz" - "Daçiya" oyunu saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi