​"Kəpəz" klubu Avropa Liqasında ilk oyununu keçirəcək

​"Kəpəz" klubu Avropa Liqasında ilk oyununu keçirəcək Rəqib Moldovanın "Daçiya" klubudur
Futbol
28 İyun , 2016 09:44
​Kəpəz klubu Avropa Liqasında ilk oyununu keçirəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan avrokuboklarda 2016/17 mövsümündə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yeni mövsümdə debüt "Kəpəz"lə olacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi komandanın Avropa Liqasının ilk təsnifat mərhələsində rəqibi Molodvanın vitse-çempionu "Daçiya"dır.

Gəncə təmsilçisi avrokuboklarda digər iştirakçılarımız olan "Qəbələ", "Neftçi" və "Qarabağ"dan tez mübarizəyə start götürəcək. Bu, Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da gerçəkləşəcək. "Qəbələ" ilə "Neftçi" turnirdə ilk mərhələ matçlarını iyunun 30-da keçirəcəklər. "Qəbələ" həmin gün Bakıda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcəksə, "Neftçi" Maltada yerli "Baltsan"ın qonağı olacaq. Çempionlar Liqasında mübarizəyə yenə ikicni təsnifat mərhələsindən qoşulacaq "Qarabağ" iyulun 13-də Lüksemburqun "Düdelanj" klubunu qonaq edəcək.

Avropa Liqası, I təsnifat mərhələsi

20:00. "Kəpəz" (Azərbaycan) - "Daçiya" (Moldova)

Baş hakim: Aleksander Qauzer

Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov

Dördüncü hakim: Daniyar Sakhi (hamısı Qazaxıstan)

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Aleh Chykun (Belarus)

Mərdəkan. "Dalğa Arena" stadionu

Son xəbərlər

Orphus sistemi