​"Kəpəz" - "Daçiya" oyununun təyinatları açıqlanıb

​"Kəpəz" - "Daçiya" oyununun təyinatları açıqlanıb Matçı qazaxıstanlı hakimlər idarə edəcək
Futbol
24 İyun , 2016 17:44
​Kəpəz - Daçiya oyununun təyinatları açıqlanıb

Bakı. 24 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz"lə Moldova "Daçiya"sı arasında keçiriləcək oyunun təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşmanı Qazaxıstanı təmsil edən hakimlər idarə edəcək.

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun

20:00. "Kəpəz" (Azərbaycan) - "Daçiya" (Moldova)

Baş hakim: Aleksandr Qauzer

Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov

Dördüncü hakim: Daniyar Saxi

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Oleq Çıkun (Belarus)

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi