"Kəpəz" "Admira Vakker"ə məğlub olub - VİDEO

"Kəpəz" "Admira Vakker"ə məğlub olub - VİDEO Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0
Futbol
14 İyul , 2016 23:22
Kəpəz Admira Vakkerə məğlub olub - VİDEO

Bakı. 14 iyul. REPORT.AZ/ "Kəpəz" klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. "Report"un məlumatına görə, Gəncə komandası Avstriyada "Admira Vakker"in qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 41-ci dəqiqədə künc zərbəsindən sonra Dominik Ştarkl vurub. Bu, cari mövsümdə "Kəpəz"in Avroliqada buraxdığı ilk qol olub.

Cavab görüşü iyulun 20-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi