Gürcüstan yığmasında Bakı "İnter"indəki mükafatlandırma sistemi tətbiq ediləcək

Gürcüstan yığmasında Bakı "İnter"indəki mükafatlandırma sistemi tətbiq ediləcək Futbolçulara hər qələbə üçün yox, sikl üçün mükafat veriləcək
Futbol
11 Mart , 2015 12:31
Gürcüstan yığmasında Bakı İnterindəki mükafatlandırma sistemi tətbiq ediləcək

Bakı. 11 mart. REPORT.AZ/ Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Tsxadadze paralel fəaliyyət göstərdiyi Bakının "İnter" klubundakı mükafatlandırma sistemini yığmada da tətbiq edəcək. "Report"un məlumatına görə, bu barədə gürcüstanlı mütəxəssisin özü açıqlama verib.

O, bildirib ki, futbolçulara hər qələbə üçün deyil, mövsümün sonundakı uğur qarşılığında mükafat verilməlidir: "Gürcüstan yığmasında futbolçularla mükafat haqda söhbət etməmişəm. Mən "İnter"də işə başladıqda hər qələbə üçün təyin olunmuş mükafat sistemini ləğv etdim. Əvəzində mövsümlük mükafat verməyi qərara aldıq. Fikrimcə, bu, daha düzgün addımdır".

Qeyd edək ki, hazırda "İnter" klubunun da baş məşqçisi olan Kaxaber Tsxadadze cari mövsüm başa çatdıqdan sonra yalnız Gürcüstan yığmasını çalışdıracaq.

Son xəbərlər

Orphus sistemi