"Karşıyaka" Kamran Ağayevlə yollarını ayırıb

"Karşıyaka" Kamran Ağayevlə yollarını ayırıb 29 yaşlı qapıçı Azərbaycan klubu ilə anlaşıb
Futbol
9 Dekabr , 2015 15:25
Karşıyaka Kamran Ağayevlə yollarını ayırıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Türkiyənin "Karşıyaka" klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb. "Report"un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, buna 29 yaşlı qolkiperin Azərbaycan klublarından biri ilə anlaşması səbəb olub. 

Bir neçə gün öncə Bakıda olduğu vaxt Ağayev həmin kluba razılıq əldə edib. O, 35 min dollar alacağından imtina edərək "yaşıl-qırmızılar"la vidalaşıb. 

Qeyd edək ki, Kamran Ağayev "Karşıyaka"ya yayda böyük ümidlərlə transfer edilib. Lakin təcrübəli qapıçı gözlənilənləri ortaya qoya bilməyib. O, 13 matçda 20 top buraxıb. 

Son xəbərlər

Orphus sistemi