Kamran Ağayev Türkiyə klubunun heyətində daha 3 top buraxıb

Kamran Ağayev Türkiyə klubunun heyətində daha 3 top buraxıb Qollardan birini onun komanda yoldaşı vurub
Futbol
21 Noyabr , 2015 18:14
Kamran Ağayev Türkiyə klubunun heyətində daha 3 top buraxıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev Türkiyə I Liqasında mübarizə aparan "Karşıyaka"nın heyətində növbəti oyununa çıxıb. "Report"un məlumatına görə, XII tur qarşılaşmasında rəqib "Giresunspor" olub.

Giresun Atatürk stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Əsas heyətdə meydana çıxan Ağayevin qapısından ilk topu 67-ci dəqiqədə öz komanda yoldaşı Mehmet Akgün keçirib. 81-ci dəqiqədə Alaattin Tosun, 81-ci dəqiqədə isə Vedat Muriqi keçirib. "Karşıyaka"nın yeganə qolunun müəllifi isə 32-ci dəqiqədə Ömər Can Sokullu olub.

Bu nəticədən sonra "Giresunspor" xallarını 18-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Cəmi 12 xala malik "Karşıyaka" isə 14-cü pilləyə enib.    

Son xəbərlər

Orphus sistemi