​Kamran Ağayev: "Milliyə çağırılmısansa, əlindən gələni etməlisən"

​Kamran Ağayev: "Milliyə çağırılmısansa, əlindən gələni etməlisən" Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Moldova ilə yoldaşlıq oyunundan danışıb
Futbol
13 Noyabr , 2015 17:54
​Kamran Ağayev: Milliyə çağırılmısansa, əlindən gələni etməlisən

Bakı. 13 noyabr. REPORT.AZ/ "Artıq 2-3 gündür milliyə dəvət olunmuşuq. Heyətə kimin cəlb olunması fərq etmir. Yenə həminki əhvali-ruhiyyədəyik". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.

Noyabrın 17-də Moldova yığması ilə keçiriləcək yoldaşlıq görüşü haqda danışan təcrübəli qolkiper bildirib ki, hər kəs millinin heyətinə özünü göstərməyə, yoxlanmağa gəlir: "Əsası odur ki, bu, milli komandanın oyunudur və əlimizdən gələni edirik".

29 yaşlı qapıçı Moldova ilə keçiriləcək yoldaşlıq oyununa adi görüş kimi baxmadıqlarını deyib: "Çünki belə oyunda baş məşqçi sənin nəyə qadir olduğunu, necə hazırlaşdığını görməlidir. Millidə adi oyun olmur və bütün görüşlərin reytinqə təsiri var. Bunu da bütün futbolçular yaxşı bilir. Milliyə çağırılmısansa, əlindən gələni etməlisən".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi