"Barselona"ya məxsus ​"Kamp Nou" stadionu yenilənəcək

"Barselona"ya məxsus ​"Kamp Nou" stadionu yenilənəcək Stadionun azarkeş tutumu 105 min olacaq
Futbol
9 Mart , 2016 13:11
Barselonaya məxsus ​Kamp Nou stadionu yenilənəcək

Bakı. 9 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionu yenilənəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni stadionun azarkeş tutumu 105 min olacaq.

Stadionun inişasına 2017-2018 mövsümündə başlanılacaq və 20021-2022-ci illərdə bitəcək. İnşaat işlərində "Nikken Sekkei" və "Pascual i Ausio" şirkətlərinin layihələrindən istifadə olunacaq. Layihə üçün elan olunan tenderə 26 nəfər qatılıb. Münsiflər heyətində klub prezidenti Jozep Bartomeu, klub idarəçiləri, stadionun memarı Fransesk Mityansın oğlu Xuan Pablo Mityans və Barselona şəhər Bələdiyyəsinin heyəti yer alıb.

Qeyd edək ki, "Kamp Nou" stadionu 1957-ci ildə Fransesk Mityans tərəfindən hazırlanıb. Stadion hazırda 99 354 azarkeş tutumuna malikdir.

Son xəbərlər

Orphus sistemi