​Kamerunda qadın oyunçu matçdan əvvəl həyatını itirib

​Kamerunda qadın oyunçu matçdan əvvəl həyatını itirib Həkimlərin qapıçıya yardım etmək cəhdləri uğursuz olub
Futbol
9 May , 2016 13:36
​Kamerunda qadın oyunçu matçdan əvvəl həyatını itirib

Bakı. 9 may. REPORT.AZ/ Kamerunun qadın futbolçulardan ibarət "Femina Stars" komandasının 26 yaşlı qapıçısı Janin Kristel Comnanq yerli "Louves of Minproff"la oyundan öncə həyatını itirib.

"Report"un Kamerun Futbol Federasiyasına istinadən məlumatına görə, Comnanqın vəziyyəti oyundan öncə meydanda isinmə hərəkətləri edərkən, pisləşib. Həkimlərin qapıçıya yardım etmək cəhdləri uğursuz olub. O, xəstəxanada həyatını itirib.

Federasiya rəsmiləri Comnanqın infarkt keçirərək, öldüyündən şübhələndiklərini bildirsələr də, səhiyyə qurumunun rəsmi məlumatını gözlədiklərini də vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi