​Joze Mourinyo: "O, az qala məni öldürə bilərdi"

​Joze Mourinyo: "O, az qala məni öldürə bilərdi" Təcrübəli mütəxəssis 4 il öncə baş vermiş hadisəni xatırlayıb
Futbol
20 Dekabr , 2014 15:28
​Joze Mourinyo: O, az qala məni öldürə bilərdi

Bakı. 20 dekabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Joze Mourinyo Premyer Liqada "Stok Siti" ilə oyundan sonra rəqib komandanın futbolçusu Boyan Krkiç haqda danışıb. "Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis B.Krkiçin onu az qala öldürəcəyini deyib.

J.Mourinyo 2010-cu ildə Çempionlar Liqasının 1/2 final mərhələsində İtaliya "İnter"i və İspaniya "Barselona"sı arasında keçirilmiş görüşü xatırlayıb. Kataloniya klubunun evdə 1:0 hesablı qələbə qazandığı həmin oyunda B.Krkiç komandasının ikinci qolunu Milan təmsilçisinin qapısından keçirib. Lakin bu qol oyundan kənar vəziyyətdən vurulduğu üçün baş hakim tərəfindən qeydə alınmayıb. İtaliyada 3:1 hesablı qələbəyə sevinən "İnter" Barselonanı minimal hesablı məğlubiyyətlə tərk etsə də, top fərqinə görə finala vəsiqə qazanıb.

51 yaşlı baş məşqçi həmin anı belə şərh edib: "Boyan elə bir oyunçudur ki, məni az qala öldürə bilərdi. Çünki yarımfinal oyununda Krkiç baxımlı qola imza atmışdı. Həmin oyunda ofsayd bizi xilas etdi. Mən meydanın digər tərəfinə baxdım və laynsmanın oyundankənar vəziyyət qeydə aldığını gördüm. Bir neçə aydır ki, İngiltərəyə gələn Boyan Premyer Liqaya tez adaptasiya olur".

Qeyd edək ki, hazırda 24 yaşında olan B.Krkiç "Stok Siti"nin formasını geyinir.

Son xəbərlər

Orphus sistemi