​Joze Mourinyo 2 milyon avro cərimələnib

​Joze Mourinyo 2 milyon avro cərimələnib Baş məşqçi qərardan şikayət verməyib
Futbol
12 May , 2016 11:21
​Joze Mourinyo 2 milyon avro cərimələnib

Bakı. 12 may. REPORT.AZ/ Portuqaliyalı baş məşqçi Joze Mourinyo 2 milyon avro cərimələnib. "Report"un məlumatına görə, qərar İspaniya vergi xidməti tərəfindən verilib.

53 yaşlı mütəxəssisin "Real Madrid" klubunda çalışdığı zaman vergi məsələlərində ölkə qanunvericiliyini pozduğu bildirilib. Ümumilikdə J.Mourinyo 1 milyon avro pozuntuya yol verib. Komissiya ödənilməyən bu məbləği iki qat artırıb. O, qərardan heç bir şikayət etməyib.

Qeyd edək ki, Joze Mourinyo 2010 - 2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi